Münaqişə zonasında atəşkəsə nəzarət məqsədilə 15-ci sülhməramlı briqadanın bölmələri hərbi-nəqliyyat aviasiyasının təyyarələri ilə Dağlıq Qarabağa gətirilir. Bu barədə şənbə günü RF Müdafiə Nazirliyi məlumat verir.
“Dağlıq Qarabağ münaqişəsi zonasına sülhməramlı əməliyyatın həyata keçirilməsi iştirak məqsədilə Rusiyanın hərbi-nəqliyyat aviasiyasının təyyarələri ilə 15-ci sülhməramlı briqadanın bölmələrinin gətirilməsi davam edir. Ötən sutka ərzində Ulyanovsk-Şərq aerodromundan 20 ədəd İl-76 təyarəsi artıq reys həyata keçirib”, - “İnterfaks”a daxil olan məlumatda deyilir. **