Şənbə günü Rusiyanın hərbi polisi Dağlıq Qarabağda patrul çəkməyə başlayır. Bu barədə RF Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat verib.
“Bu gündən Rusiyanın hərbi polisinin bölmələri “Şimal” və “Cənub” məsuliyyət zonalarında patrula başlayırlar”, - o, şənbə günü keçirilən brifinqdə bildirib.
RF Müdafiə Nazirliyinin noyabrın 11-də dərc etdiyi xəritələrə əsasən, Dağlıq Qarabağda rus sülhməramlıları “Cənub” və “Şimal” məsuliyyət zonalarında yerləşdiriləcəklər. Birinciyə, xüsusilə Xankəndi, Ağdam və Laçın yaşayış məntəqələrinə yanaşı ərazilər daxildir. İkinciyə - Tərtər və Ağdam rayonlarının şimal hissələri, Ağdərə yaşayış məntəqəsi daxildir. **