Rusiyalı sülhməramlılar Dağlıq Qarabağda 12 post qurublar, atəşkəs rejiminə riayət olunur. Bu barədə şənbə günü RF Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat verib.
“Noyabrın 14-nə tərəflərin təmas xətti boyu rusiyalı sülhməramlı kontingentin 12 müşahidə postu qurulub, həmin postlar vasitəsilə vəziyyətin fasiləsiz monitorinqi aparılır”, - o brifinqdə bildirib.
“Təmas xətti boyunca atəşkəs rejiminə əməl olunur”, - o məlumat verib.
Konaşenkov bildirib ki, “Cənub” məsuliyyət zonasında 9 müşahidə postun qurulması başa çatıb.
“Şimal” məsuliyyət zonasında noyabrın 13-də günün sonuna 15-ci sülhməramlı briqadanın bölmələri 3 müşahidə postu qurub. Bu gün həmin zonada daha 5 postun qurulması planlaşdırılır”, - RF MN-nin nümayəndəsi məlumat verir.
Konaşenkov deyib ki, müşahidə postlarının qurulduğu rayonlarda mühəndis kəşfiyyat işləri və mövqelərin təchizatı həyata keçirilir.
“Rusiyalı sülhməramlıların idarəedilməsi Xankəndidə təşkil olunan komanda məntəqəsindən həyata keçirilir. Sülhməramlı vəzifələrin icrası, mümkün insidentlərin qarşısının alınması və rusiyalı hərbçilərinin təhlükəsizliyinin təminatı məqsədilə birbaşa əlaqə kanalları ilə Azərbaycan və Ermənistan silahlı qüvvələrin baş qərargahları ilə fasiləsiz əlaqə həyata keçirilir”, - Konaşenkov məlumat verib. **