Ermənistan Səhiyyə Nazirliyi Qarabağ müharibəsində cəsədləri məhkəmə-tibbi ekspertizadan keçirilən 2 min 317 erməni hərbi qulluqçunun həlak olması barədə məlumat verib.
“İndiyədək 2 min 317 erməni hərbi qulluqçunun cəsədi məhkəmə-tibbi ekspertizadan keçirilib, onların arasında naməlum cəsədlər də var”, - nazirliyin mətbuat katibi Alina Nikoqosyan özünün Facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, həlak olan hərbçilərin mübadiləsi prosesi Azərbaycan tərəfi ilə indi başlayıb.
“Münaqişə tərəfləri son rəqəmlərə malik deyillər, çünki mübadilə prosesi indi başlayıb”, - Nikoqosyan bildirib.
Ötən cümə günü Ermənistan tərəfi Qarabağda Azərbaycanla döyüşlərdə 1383 hərbi qulluqçunun həlak olması barədə məlumat verib. **