Şənbə günü Ankarada RF və Türkiyənin hərbi nümayəndə heyətləri arasında Dağlıq Qarabağ mövzusu ilə əlaqədar texniki danışıqlar başa çatıb, yaxın günlərdə məsləhətləşmərin davam edəcəyi gözlənilir. Bu barədə Anadolu agentliyi Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən məlumat verir.
“Dağlıq Qarabağ üzrə Birgə müşahidə mərkəzinin yaradılması məsələsi müzakirə olunub. Dialoqun yaxın günlərdə davam edəcəyi planlaşdırılır”, - agentlik qeyd edir.
“Azərbaycanın Qarabağ regionunda atəşkəs üzrə razılaşmaların reallaşdırılması şərtləri müzakirə olunub. Qeyd etmək istərdik ki, Türkiyə Azərbaycanın ehtiyac duyacağı istənilən mümkün dəstəyi verməyə dərhal hazırdır”, - agentlik Türkiyə Milli Müdafiə Nazirliyinin bəyanatından sitat gətirir.
Anadolu xatırladır ki, dünən RF-nin 20 nəfərdən ibarət nümayəndə heyəti Türkiyə XİN və Milli Müdafiə Nazirliyində danışıqlar aparmaq məqsədilə Ankaraya gəlib. **