Fövqəladə Hallar Nazirliyi Tərtər rayonu ərazisində yerləşən işğaldan azad olunmuş Suqovuşan su anbarını mühafizəyə götürüb.
“İnterfaks-Azərbaycan”a nazirlikdən bildirilib ki, “su anbarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri tərəfindən ərazidə sutkalıq fasiləsiz nəzarət rejiminin tətbiqinə başlanılıb”.
Xəbər verildiyi kimi, oktyabrın 2-də Azərbaycan prezidenti İlham Əliyev Qarabağda Madagiz kəndinin Azərbaycan Ordusu tərəfindən azad olunduğunu və tarixi Suqovuşan adının qaytarılması barədə elan edib.Həmçinin, kəndin ərazisində hazırda Azərbaycanın bir sıra rayonlarının normal su təchizatı üçün istifadə olunan su anbarı yerləşir. **
N.Abbasova