Dağlıq Qarabağda vəziyyət stabilləşir, hərbi əməliyyatlar aparılmır. Bunu Rusiya sülhməramlı kontingentin komandanı general-leytenant Rüstəm Muradov deyib.
“Əsas odur ki, bu gün təmas ərazisində bütün hərbi əməliyyatlar dayandırılıb. Bu gün atəş səsləri eşitmirik. Vəziyyət tədricən stabilləşir”, - o jurnalistlərə bildirib.
Muradov qeyd edib ki, Rusiyanın 15-cı motoatıçı sülhməramlı briqadası Dağlıq Qarabağda təmas xəttində müşahidə postlarının qurulmasını başa çatdırır.
“Milliyyətimə gəlincə isə, əgər bu hər kəsə maraqlıdırsa, mən Dağıstan Respublikasında anadan olmuşam, milliyyətçə tabasaranam. Qonşu ölkəyə milliyətçə heç bir aidiyyətim yoxdur”, - Muradov bildirib.
“Generalam, zabitəm. Rusiya Federasiyasının qanunları, xüsusilə, RF Silahlı Qüvvələrin Ali baş komandanı, müdafiə naziri və rəislərimin bütün fərman və əmrləri icra olunmaq üçün əımrlərdir. Bir zabit kimi, mənim üçün milliyyət yoxdur, mən təyinatı üzrə öz vəzifələrimi icra edirəm”, - Muradov bəyan edib.
Məlumdur ki, 2017-ci ildə Suriyada hərbi əməliyyata görə
məsləhətçi, 2018-ci ildən Rusiya Cənub Hərbi Dairəsinin komandan müavini Rusiya Qəhrəmanı ulduzu ilə təltif olunub. Bu yaxınlara qədər Muradov Rusiya Cənub Hərbi Dairəsinin komandan müavini olub. **