Azərbaycanın Füzuli rayonunun işğaldan azad olunmuş ərazisindəiki qardaş minaya düşüb. Bu barədə Baş Prokurorluğundan məlumat verilir.
“Qarabağda döyüşlər nəticəsində Ermənistan silahlı qüvvələri geri çəkildikcə əraziləri minalayıb. Nəticədə, şənbə günü saat 17:00 radələrində Azərbaycan Respublikasının vətəndaşları 1984-cü il təvəllüdlü Yasin Əhmədov və onun qardaşı 1989-cu il təvəllüdlü Asif Əhmədov Füzuli rayonunun işğaldan azad olunmuş ərazisindəolarkənminaya düşüblər. Nəticədə, Yasin Əhmədov həlak olub, Asif Əhmədov isə ağır dərəcəli bədən xəsarəti alıb”, - məlumatda qeyd olunur.
Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılmış və istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
Hazırda prokurorluq əməkdaşları tərəfindən intensiv istintaq hərəkətləri həyata keçirilir. **
N.Abbasova