RF prezidenti Vladimir Putinin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla növbəti telefon danışıqları zamanı 9 noyabr tarixli Dağlıq Qarabağa dair üçtərəfli bəyanatda qeyd olunan razılaşmaların reallaşdırılmasının praktiki aspektləri müzakirə olunub. Bu barədə Kremlin mətbuat xidməti məlumat verir.
“Atəşkəs rejiminə riayət olunması və təmas xəttində vəziyyətin kifayət dərəcədə sakit olması ilə əlaqədar məmnunluq ifadə olunub”, - məlumatda qeyd olunur.
“Vladimir Putin İlham Əliyevlə söhbət zamanı üçtərəfli bəyanata uyğun olaraq Azərbaycan Respublikasına qaytarılan rayonlarda xristian kilsə və monastırların olduğuna xüsusilə diqqət çəkib. Bununla əlaqədar, o müqəddəs yerlərin qorunmasının və normal kilsə həyat fəaliyyətinin təminatının əhəmiyyətini vurğulayıb. Bununla bağlı Azərbaycan prezidenti anlayış göstərərək bildirib ki, Azərbaycan tərəfi məhz buna uyğun hərəkət edəcək”, - Kremlin mətbuat xidməti məlumat verib. **