Ermənistanın baş naziri Nikol Paşinyan ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub. Bu barədə şənbə günü Ermənistan hökumətinin mətbuat xidməti məlumat verir.
“Həmsöhbətlər noyabrın 9-da Dağlıq Qarabağ münaqişəsi məsləsi ilə əlaqədar imzalanan üztərəfli bəyanat çərçivəsində təmas xəttində atəşkəsin və sabitliyin qorunmasının vacibliyini bəyan ediblər. Nikol Paşinyan və Vladimir Putin Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətə dair məsələləri müzakirə ediblər”, - Ermənistan hökumətinin mətbuat xidməti bildirib. **