Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bəyan edib ki, işğal olunmuş Ağdam və Laçın rayonlarından erməni əhalisinin və qanunsuz hərbi birləşmələrin çıxarılması qrafiki dəyişmir.
“Razılaşmaya əsasən, Ağdam və Laçın rayonlarından erməni əhalisinin və qanunsuz hərbi birləşmələrin çıxarılması qrafiki dəyişmir: noyabrın 20-dək Ağdam rayonundan, dekabrın 1-dək - Laçın rayonundan çıxarılır”, - Haclyev bazar günü brtifinqdə bildirib. **