Bazar günü RF və Azərbaycan XİN başçıları Sergey Lavrov və Ceyhun Bayramov telefon danışığı zamanı Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Dağlıq Qarabağ münaqişə zonasında atəşkəs və bütün hərbi əməliyyatların dayandırılmasına dair birgə bəyanatının icrasını müzakirə ediblər.
“RF Silahlı Qüvvələrin sülhmətramlı kontingentinin yerləşdirilməsi və onun “yerdə” işinin təşkili nöqteyi-nəzərindən qeyd olunan bəyanatın praktiki addımıarınımn əlaqələndirilməsinə xüsusi diqqət ayrılıb”, - RF XİN-in məlumatında deyilir.
Qeyd olunur ki, Bayarmovun xahişi ilə Lavrov RF prezidentinin “İdarələrarası humanitar reaksiya mərkəzinin yaradılması” haqqında fərmanının icrası ilə bağlı əsas istiqamətlər barədə məlumat verib.
“O cümlədən, nazirlər postmünaqişə bərpaya kömək, humanitar vəzifələrin həlli, regionda dini və mədəni irsin qorunması məqsədilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı İdarəsi, BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi, BMT İnkişaf Proqramı, UNESCO və BQXK daxil olmaqla, beynəlxalq təşkilatarın fəal cəlb olunmasına zəruriliyini təsdiq ediblər”, - məlumatda bildirilir.
RF XİN-dən qeyd ediblər ki, söhbət Azərbaycan tərəfinin təşəbbüsü ilə baş tutub. **