Bazar günü RF və Ermənistan XİN başçıları Sergey Lavrov və Zöhrab Mnatsakanyan telefon danışığı zamanı Qarabağ münaqişəsi zonasında rusiyalı sülhməramlıların yerləşdirilməsini müzakirə ediblər.
Rusiya XİN-in məlumatında deyilir ki, nazirlər Dağlıq Qarabağ münaqişəsi zonasında rusiyalı sülhməramlıların yerləşdirilməsi ilə əlaqədar vəzifələr və onlar tərəfindən öz mandatlarının səmərəli icrasının təminatı da daxil olmaqla, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli birgə bəyanatının icrasının gedişatını müzakirə ediblər.
Lavrov RF prezidentinin 13 noyabr tarixli fərmanı ilə əlaqədar yaradılan idarələrarası humanitar reaksiya mərkəzinin fəaliyyəti planları barədə Mnatsakanyana məlumat verib. **