Azərbaycanda koronavirus infeksiyasına daha 2229 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 75 min 688-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 21 nəfər vəfat edib, ölənlərin ümumi sayı 967 nəfərə çatıb.
Virusa yoluxmuş 55 min 150 nəfər (sutka ərzində +1101) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 19 min 571 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13,377 min, ötən müddət ərzində isə ümumilikdə 1 milyon 516 min 084 test aparılıb.**
N.Abbasova