Rusiyalı hərbçiləri tərəfindən Dağlıq Qarabağda atəşkəs rejiminə nəzarət məqsədilə 25 müşahidə postu qurulub – Laçın dəhlizində və iki məsuliyyət zonasında. Bu barədə RF Müdafiə Nazirliyindən məlumat verilir.
“Noyabrın 10-dan Laçın dəhlizində 7 müvəqqəti müçşahidə postu qurulub”, - məlumada qeyd olunur.
“Hazırda cənub zonasında 9 müşahidə postu və şimal zonasında da 9 müşahidə postunda sülhməramlı bölmələr tərəfindən atəşkəs rejiminə və hərbi əıməliyyatların dayandırılmasına nəzarət həyata keçirilir”, - RF MN-dən bildirilir.
Məlumata görə, noyabrın 14-də “Şimal” məsuliyyət zonasında müşahidə postlarının qurulması başa çatıb. **