Dövlət Sərhəd Xidməti (DSX) iki şirkətlə hərbi təchizat və digər ləvazimatların satın alınması haqqında ümumilikdə 1 milyon 196,397 min manat dəyərində 3 müqavilə bağlayıb.
www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, «ME.GA.AN» MMC ilə ayaqqabıların satın alınması haqqında 572 min manat dəyərində müqavilə bağlanıb.
«Azeli Textil» MMC ilə süngər döşəklərin satın alınması haqqında bağlanmış birinci müqavilənin dəyəri 295 min manatdır.
«Azeli Textil» MMC ilə zabit və gizir heyəti üçün baş geyimlərinin satın alınması haqqında bağlanmış ikinci müqavilənin dəyəri isə 329,397 min manatdır.*
X.Nəsirzadə