Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Dağlıq Qarabağda silahlı münaqişə ilə bağlı Rusiyanın təkliflərini Amerika tərəfi ilə müzakirə etməyib.
"Bütün bu müddət ərzində mən Amerika tərəfi ilə beş dəfə - milli təhlükəsizlik məsələləri üzrə müşavirlə üç dəfə, dövlət katibi ilə iki dəfə danışmışam. Bu danışıqlar zamanı Rusiyanın təklifləri yox, atəşkəs təklifi ilə çıxış edən Amerikanın təklifləri müzakirə olunub", - deyə Paşinyan bu gün yerli KİV-ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Rusiyanın təklifləri amerikalılarla müzakirə olunmayıb.
"Rusiya prezidenti ilə daim təmasda olmuşam, hətta gün ərzində bir neçə dəfə telefonla danışmışıq", - deyə baş nazir qeyd edib.*