Sentyabrın 27-dən noyabrın 10-dək Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini raket və artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində 94 sakin həlak olub, 414 nəfər yaralanıb.Bu barədə Baş Prokurorluğun məlumatında deyilir.
“Ümumilikdə 3410 yaşayış evi, 512 mülki obyekt, 120 çoxmənzilli yaşayış binası yararsız vəziyyətə düşüb”, - deyə məlumatda bildirilir.*
X.Nəsirzadə