Türkiyə Moskva və Ankara arasında ikitərəfli razılaşmanın yerinə yetirilməsi üçün öz hərbçilərini Azərbaycana göndərir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Bu gün jurnalistlərlə söhbət zamanı Peskovdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın hərbçilərin Azərbaycana göndərilməsi haqqında Fərmanı ölkə parlamentinə təqdim etməsi məsələsini şərh etməyi xahiş ediblər.
"Orada, Azərbaycan ərazisində Monitorinq Mərkəzi olacaq. Türkiyə hərbçiləri ora göndərilməlidir. Bu, Türkiyə Respublikasının daxili qanunvericiliyində nəzərdə tutulmuş daxili prosedurların yerinə yetirilməsidir. Bu, Türkiyənin daxili işidir. Azərbaycan ərazisində Birgə Monitorinq Mərkəzinin yaradılması barədə razılaşmaya gəlincə, bu, Rusiya ilə Türkiyə arasında ikitərəfli razılaşmanın məhsuludur", - deyə o bildirib.*