Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Gəncə, Lənkəran, Ağdaş və Yevlax şəhərlərindən bir, iki və üç otaqlı olmaqla ümumilikdə 214 mənzilin satın alınması haqqında 3 müqavilə bağlayıb.
www.tender.gov.az saytında dərc olunmuş məlumata əsasən, müqavilələrin ümumi dəyəri 3 milyon 766,676 min manat təşkil edir.
"Prime İnşaat" MTK ilə 783,78 min manat, "AN İnşaat" MMC ilə 1 milyon 225,616 min manat, fiziki şəxs Nizami Abdullayevlə 1 milyon 757,280 min manat dəyərində müqavilə bağlanıb.*
X.Nəsirzadə