Dövlət Sosial Müdafiə Fondu (DSMF) publik hüquqi şəxs iki ofisin icarəsi haqqında iki müqavilə bağlayıb.
www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, müqavilələrin ümumi dəyəri 1 milyon 623,6 min manatdır.
Qaze Həsənova ilə əmək pensiyaları, sosial müavinət və ayrı-ayrı kateqoriyalı şəxslərə təyin edilmiş təqaüd, kompensasiya işlərinin mərkəzləşdirilmiş qaydada inventarlaşdırılmasının və arxivləşdirilməsinin həyata keçirilməsi, yerləşdirilməsi üçün ofisin icarəyə götürülməsi xidmətinin satın alınması haqqında 993,6 min manat dəyərində müqavilə bağlanıb.
Bakı Avrasiya Universiteti ilə Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filial üçün ofis sahəsinin icarəsi xidmətinin satın alınması haqqında 630 min manat dəyərində müqavilə bağlanıb.*
X.Nəsirzadə