Dekabrın 11-də “Amrah Sığorta” şirkətinin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
"Ümumi yığıncaqda səhmdarlar şirkətin ləğv edilməsi prosesinin gedişini müzakirə edəcəklər",- deyə şirkətdən "İnterfaks-Azərbaycan" agentliyinə məlumat verilib.
2020-ci ilin oktyabr ayında “Amrah Sığorta” şirkətinin səhmdarları şirkətin ləğv olunmasına dair qərar qəbul ediblər. Kreditorlar iki ay ərzində tələblərini şirkətə bildirə bilərlər.
“Amrah Sığorta” şirkəti 1993-cü ildən Azərbaycanın sığorta bazarında fəaliyyət göstərir. Şirkətin səhmdarları 2 fiziki şəxsdir.*
A.Hüseynova