700 nəfərdən çox erməni Ermənistandan Dağlıq Qarabağa qayıdıb. Bu barədə RF Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Yevgeni Konaşenkov məlumat verib.
"Noyabrın 15-də Rusiya sülhməramlı qüvvələri və hərbi polisin müşayiəti ilə 475 nəfər Ermənistan Respublikası ərazisindən Dağlıq Qarabağa qayıdıb. Ümumilikdə hərbi əməliyyatlar səbəbindən Dağlıq Qarabağ ərazisini tərk etmiş 725 nəfər 14 noyabr 2020-ci il tarixindən etibarən geri qayıdıb", - deyə Konaşenkov bildirib.
"Əldə edilmiş razılaşmaya əsasən, həlak olanların meyitlərinin mübadiləsi davam edir. Bu proses Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin və Beynəlxalq Qırmızı Xaç Komitəsinin koordinasiyası ilə həyata keçirilir", - deyə nazirliyin nümayəndəsi əlavə edib.*