Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan bu gün baş nazir Nikol Paşinyandan onu tutduğu vəzifədən azad etməsini xahiş edib.
“Xahiş edirəm, mənim istefamı qəbul edin. Mənə etibarınız üçün təşəkkür edirəm”, - deyə XİN başçısı istefa ərizəsində bildirib. Ərizəni Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan Facebook hesabında paylaşıb.
Daha əvvəl Paşinyan Ermənistan xarici işlər nazirinin istefaya göndəriləcəyini bildirmişdi.*