Azərbaycanda koronavirus infeksiyasına daha 1 395 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 77 min 83-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib, ölənlərin ümumi sayı 985 nəfərə çatıb.
Virusa yoluxmuş 55 min 755 nəfər (sutka ərzində +605) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 20 min 343 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7,137 min, ötən müddət ərzində isə ümumilikdə 1 milyon 523 min 221 test aparılıb.*
Ə.Məmmədov