2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $2 milyard 194 milyon 918,64 min təşkil edib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisindən 10% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Yanvar-oktyabr aylarında Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 10,45%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb.
Hesabat dövründə Azərbaycan Rusiyaya $565 milyon 559,74 min (azalma 0,8%) dəyərində məhsul ixrac edib. Bütövlükdə, Azərbaycandan ixracın 4,62%-i Rusiyanın payına düşüb.
Yanvar-oktyabr aylarında Rusiyadan Azərbaycana idxalın həcmi $1 milyard 629 milyon 358,89 min (azalma 12,9%) təşkil edib. Azərbaycana idxalın ümumi həcmində 18,58% Rusiyadan tədarükün payına düşüb.
Beləliklə, bu dövrdə RF ilə idxal-ixrac münasibətlərində Azərbaycanın mənfi saldosu $1 milyard 63 milyon 799,15 min təşkil edib.
2019-cu ilin yekunları üzrə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $3 milyard 22 milyon 46 min təşkil edib ki, bu da 2018-ci ilin göstəricisindən 18,5% çoxdur.*
B.Rüstəmbəyov