2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana $511 milyon 375,39 min dəyərində 42,827 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
2019-cu ilin müvafiq dövrü ilə müqayisədə idxal 20,8% artıb.
Hesabat dövründə respublikaya gətirilən avtomobil nəqliyyatı vasitələrinin böyük hissəsi – $442 milyon 271,88 min dəyərində 39,853 min ədəd avtomobil (artım 24,8%) sərnişin daşımaları üçün minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb. Həmçinin $8 milyon 20,48 min dəyərində 142 ədəd elektrokar və $22 milyon 767,48 min dəyərində 4,056 min ədəd hibrid minik avtomobili gətirilib.
2020-ci ilin yanvar-oktyabr aylarında ölkəyə yük daşımaları üçün nəzərdə tutulmuş $39 milyon 438,55 min dəyərində 2,705 min ədəd motorlu nəqliyyat vasitəsi (azalma 7,8%), o cümlədən $15 milyon 913,14 min dəyərində 113 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi (azalma 23,6%) gətirilib.
Bundan başqa, qeyd olunan dövrdə respublikaya 10 və daha artıq şəxsin daşınması üçün $13 milyon 751,82 min dəyərində 156 ədəd (azalma 64,6%) motorlu nəqliyyat vasitəsi gətirilib.
2019-cu ildə Azərbaycana avtomobil nəqliyyatı vasitələrinin idxal həcmi 2018-ci illə müqayisədə 65,2% - 47,71 min ədədə qədər artıb.*
B.Rüstəmbəyov