2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan 11 milyard 143 milyon 430,25 min kubmetr bəyan edilmiş qaz ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
“Cari ilin yanvar-oktyabr aylarında respublikadan $2 milyard 44 milyon 476,78 min dəyərində bəyan olunmuş qaz ixrac edilib. Hesabat dövründə Azərbaycandan ixracın ümumi həcminin 16,71%-i qaz ixracının payına düşüb”, - deyə məlumatda bildirilir.
2019-cu ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2020-ci ilin müvafiq dövründə qaz ixracı miqdar ifadəsində 16,2%, dəyər ifadəsində 8,6% artıb.*
N.Abbasova