2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən (nomenklatura kodu 2710) 865 min 858,03 ton neft məhsulları ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
“Yanvar-oktyabr aylarında Azərbaycandan $239 milyon 95,3 min dəyərində bəyan edilmiş neft məhsulları ixrac olunub. Hesabat dövründə Azərbaycandan bütün ixracın 1,95%-i neft məhsullarının ixracının payına düşüb”, - deyə məlumatda bildirilir.
Hesabat dövründə bəyan edilmiş neft məhsullarının ixracı miqdar ifadəsində 12,7% artıb, dəyər ifadəsində 35% azalıb.
2019-cu ildə Azərbaycandan $462,789 milyon dəyərində 979,717 min ton neft məhsulları ixrac olunub.*
N.Abbasova