Bu il fermerlər məntəqələrə 300 min ton pambıq təhvil veriblər. Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Ötən il sahələrdən 295 min ton pambıq yığılmışdısa, bu il fermerlər məntəqələrə 300 min tondan artıq pambıq təhvil veriblər. 2020-ci ildə pambıq üzrə orta məhsuldarlıq 30 sentneri keçib ki, bu da Azərbaycanın pambıqçılıq tarixində qeydə alınan ən yüksək göstəricilərdən biridir.
“Hazırda sahələrdə pambıq yığımı davam edir, mövsümün yekununda həm məhsul həcmi, həm orta məhsuldarlıq göstəricilərinin daha da artacağı gözlənilir. 2020-ci ildə Azərbaycanın 21 rayonunda 100 min hektara yaxın sahədə pambıq əkilib”, - deyə məlumatda bildirilir.*
B.Rüstəmbəyov