Noyabrın 16-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında baş tutmuş telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı bir sıra məqamların reallaşdırılması müzakirə olunub.
“Nazirlər bölgədəki son vəziyyəti, o cümlədən üçtərəfli bəyanatın həyata keçirilməsi, razılaşmadan irəli gələn bir sıra məsələlər, eləcə də humanitar xarakterli məsələlərin həlli ilə bağlı fikir mübadiləsi aparıblar”, - deyə Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin məlumatında bildirilir.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.*
A.Hüseynova