Ermənistan prezidenti Armen Sarkisyan ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsinin zəruri olduğunu bildirib.
"Biz həm döyüş meydanında, həm də diplomatik və beynəlxalq arenada məğlub olduq. Yaranmış vəziyyəti, ictimai tələbləri nəzərə alaraq, növbədənkənar parlament seçkilərinin keçirilməsi qaçılmazdır", - deyə onun bu gün dərc olunmuş müraciətində bildirilir.*