Prezident İlham Əliyev işğaldan azad olumuş Cəbrayıl şəhərində əsaslı bərpa işlərinin həyata keçirilməsi ilə bağlı tapşırıq verib. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
"Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva azad olumuş Cəbrayılın mərkəzində. Hər şey yerlə-yeksan edilib. Ermənistanın vandalizminin miqyası təsəvvür olunmazdır. Prezident İlham Əliyev vurğuladı ki, əsaslı bərpa işləri görüləcək", - deyə H.Hacıyev tvitterdəki hesabında yazıb.*
R.Əhmədov