“Azərişıq” ASC 2020-ci il üzrə maliyyə hesabatının BMHS-ə uyğun aparılması üçün auditor seçir. Bu arədə ASC-nin elanında deyilir.
Seçim açıq tender üsulu ilə aparılır.
Tenderdə iştirak haqqı – 850 manatdır.
Tenderdə audit yoxlamalarının aparılması üçün Azərbaycanın müvafiq dövlət strukturunun lisenziyasına malik olan şirkətlər iştirak edə bilər.
Təklif dəyərinin 1%-i həcmində bank təminatı ilə müşayiət olunan tender təklifləri 2020-cu il dekabrın 15-dək qəbul olunur.
Tender proseduru dekabrın 16-da baş tutacaq.
Azərbaycan prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC “Azərişıq” ASC-yə çevrilib.
“Azərişıq” ASC-nin funksiyalarına Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatı daxildir.**
Ə.Məmmədov