Dağlıq Qarabağda dağıntıların səviyyəsi ciddidir, minalardan təmizlənmə üçün çox iş görmək lazımdır. Bunu Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer deyib.
“İlkin təəssüratlarımıza əsasən, altı həfrə müharibədəb sonra dağıntıların səviyyəsi yüksəkdir. Buna görə bərpa üzrə işlərin dəstəklənməsi lazım olacaq, təhlükəsizlik, həmçinin, əhalinin yerdəyişməsi və qayıtmassı ilə əlaqədar incə vəziyyəti nəzərə alaraq isə BQXK-nın bu məsələlərə fəal cəlb ediləcəyini gözləyirik”, -Maurer “İnterfaks”a müsahibəsində bildirib.
O qeyd edib ki, dağıntıların miqyasını dəqiq qiymətləndirmək hələlik mümkün deyil, bunun üçün çox iş görmək lazım olacaq, həmçinin ərazinin döyüş sursatlarından təmizlənməsi ilə əlaqədar.
Maurer qeyd edib ki, qaçqınların və daxili köçürülmüş şəxslərin öz yurdlarına qayıtması məsələsi də BQXK-nın diqqət mərkəzindədir.
16-17 noyabr tarixlərində Maurer Rusiyada səfərdədir. Çərşənbə axşamı onun RF XİN başçısı Sergey Lavrov ilə danışıqları planlaşdırılır. **