Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer RF hökuməti ilə Dağlıq Qarabağda Rusiya-Türkiyə sülhməramlılar mərkəzi, o cümlədən humanitar mərkəzin fəaliyyətini müzakirə etməyə ümid edir.
“Məqsədlərimdən biri elan edilmiş Rusiya-Türkiyə sülhməramlılar mərkəzini Rusiya hökuməti ilə müzakirə etmək, o cümlədən prezident Putinin məlumat verdiyi Dağlıq Qarabağda humanitar mərkəz barədə daha çox məlumat əldə etməkdir”, - Maurer “İnterfaks”a müsahibəsində deyib.
“Biz Rusiya tərəfinin gələcəkdə hərəkətləri barədə və BQXK-nin onları necə dəstəkləyib və tamamlaya biləcəyinə dair daha çox məlumat əldə etməyə çalışacağıq”, - o əlavə edib. **