Dağlıq Qarabağda münaqişə tərəfləri ilə qarşılıqlı əlaqələr digər vəziyyətlərdə olduğundan daha asandır, çünki hər iki tərəf Cenevrə konvensiyalarına imza atmış ölkələrdir. Bunu Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer deyib.
“Həm Ermənistan, həm Azərbaycan silahlı qüvvələri strukturlaşdırılıb, dəqiq subordinasiya və məsuliyyətə malikdir, Bu, Cüenevrə konvensiyalarını imzalayan ölkələrin daimi qoşunlarıdır. Bu səbəbdən, vəziyyət barədə danışarkən (...), burada dialoq üçün imkanlar daha çoxdur, nəinki dünyanın digər hissələrində”, - Maurer “İnterfaks”a müsahibəsində bildirib. **