Rusiya Dağlıq Qarabağda vəziyyət üzrə Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə əməkdaşlığın inkşafında maraqlıdır. Bunu RF XİN başçısı Sergey Lavrov çərşənbə axşamı deyib.
“Beynəlxalq Qırmızı Xaç Komitəsinin bu regionda necə fəal və uzun zamandan bəri fəaliyyəti bizə məlumdur. Biz artıq fəal inkişaf edən qarşılıqlı əlaqələrin möhkəmlənməsində maraqlıyıq”, - Lavrov Moskvada Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer ilə görüş zamanı bildirib. **