Azərbaycan pezidenti İlham Əliyev Dağlıq Qarabağ üçün hər hansı statusun qəbuledilməzliyi barədə bəyan edib.
“Heç bir status barədə söhbət ola bilməz. Vahid Azərbaycan var – çoxmillətli və çoxkonfessiyalı. Müxtəlif xalqları və dinləri təmsil edən Azərbaycanın bütün vətəndaşları sülh və mehriban qonşuluq şəraitində yaşayırlar. Erməni xalqı da bu şəraitdə yaşayacaq”, - Əliyev bazar ertəsi Füzuli rayonuna səfəri zamanı bildirib.
O qeyd edib ki, Qarabağ erməniləri Azərbaycan vətəndaşlaıdır və onlar görəcəklər ki, Azərbaycanın rəhbərliyi altında yaşamaq daha yaxşıdır.
“Dağlıq Qarabağın separatçı rejimi – qorxaqdılar. Orada yaşayan ermənilərin bu rejimin qorxaqlığını gördülər. Onların rəhbəri bunkerdə gizləndi. Biz Ermənistan ordusunu məhv etdik, onlara dərs verdik, Ermənistana uzun illərdir rəhbərlik edən cinayətkarlara dərs verdik. Biz Koçaryan və Sarqsyanın ordusunu məhv etdik. Onlar bizim torpağı dağıdıblar. Koçaryan və Sarqsyan, Azərbaycan xalqının cəlladları, Xocalı cəlladları, biz məhz sizə qalib gəldik. Biz sizin ordunuza qalib gəldik”, - Əliyev vurğulayıb.
O bildirib ki, 1992-ci ildə daxili problemlər, hakimiyyət uğrunda mübarizə dövründə Azərbaycanın yaşadığını indi Ermənistan əhalisi yaşayır.
“Biz kimin döyüş ruhunun yüksək olduğunu nümayiş etdirdik. Bu gün Ordumuz dünyanın güclü orduları sırasındadır. Biz bütün dünyaya xalqımızın yenilməz olduğunu göstərdik. Biz erməni mifini darmadağın etdik. Onlar qarşımızda diz çökdülər. Onlar bu aşağılayıcı damğa ilə yaşayacaqlar. Biz isə qürur hissi ilə yaşayacağıq”, - Azərbaycan prezidenti bəyan edib. **
Ə.Məmmədov