2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 28 milyon 875,8 min ton neft hasil edilib ki, bu da 2019-cu ilin analoji dövrünün göstəricisindən 7,5% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar-oktyabr aylarında əmtəəlik neft hasilatı 7,6% - 28 milyon 768,1 min tonadək azalıb.
Hesabat dövründə Azərbaycanda 30 milyard 248,3 milyon kubmetr qaz (artım 4,5%) hasil edilib. Əmtəəlik qaz hasilatı 21 milyard 372,8 milyon kubmetr (artım 7,3%) həcmində olub.**
N.Abbasova