Rusiya tərəfi Dağlıq Qarabağ üzrə sazişin detalları barədə Vaşinton və Parisi məlumatlandırıb. Dövlət Departamentinin məlumat çatışmazlığı barədə bəyanatını daha çox anlaşılmazlıq hesab etmək olar. Bunu çərşənbə axşamı RF XİN başçısı Sergey Lavrov deyib.
Mətbuat konfransı zamanı nazir məlumat verib ki, son 10 gün ərzində Rusiya və Fransa Qarabağ mövzusunu “detallı şəkildə” müzakirə edib. Xüsusilə Lavrov özü bu mövzunu fransalı həmkarı ilə bir saata yaxın vaxt ərzində müzakirə edib.
O vurğulayıb: “Hesab edirəm ki, bu cür bəyanatlar onları dərc edənlərin kifayət qədər məlumatlı olmamasını əks etdirir və ya anlaşılmazlığın nəticəsidir”. **