Rusiya azərbaycanlı və erməni qaçqınlarının öz ənənəvi yaşayış yerlərinə qayıtmaları üçün yardım göstərməyə hazırdır. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Həm azərbaycanlı, həmn də erməni qaçqınların qayıtması məsələsinə gəlincə isə, onlar öz ənənəvi yaşayış yerlərinə tam beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq təhlükəsiz, könüllü olaraq qayıtmalıdırlar”, - Lavrov bu gün mətbuat konfransında bildirib.
“Əlbəttə ki, onlara əvvəlki yaşayış yerlərində abadlaşdırma işlərində yardım edilməlidir. Xüsusilə ona görə ki, həmin yerlərdə hərbi əməliyyatlar gedib, orada bərpa işlərinə ehtiyac var”, - nazir əlavə edib.
Lavrov qeyd edib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer ilə çərşənbə axşamı keçirilən danışıqlar zamanı bu məsələləri müzakirə edib
“Bu məsələdə beynəlxalq təşkilatlar öz rolunu oynaya bilər. Biz buna hər cür yardımı edəcəyik. Qayıtmaq arzusunda olanlara tezliklə yardım etmək vacibdir”, - nazir bildirib. **