2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan əhalisinin nominal pul gəlirləri 46 milyard 56,8 milyon manat təşkil edib ki, bu da 2019-cu ilin analoji dövrünün göstəricisindən 1,4% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda orta illik inflyasiya 2,8% təşkil edib.
Statistik məlumatlara görə, bu dövrdə əhalinin hər nəfərinə düşən nominal pul gəlirləri 2,7% - 4 min 617,2 manatadək azalıb.
Yanvar-oktyabr aylarında bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 41 milyard 729 milyon manat qalır ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisindən 2,5% azdır.
2019-cu ildə əhalinin nominal pul gəlirləri 7,4% artıb.**
Ə.Məmmədov