2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana 274 min ton mineral gübrə idxal edilib ki, bu da 2019-cu ilin analoji dövrünün göstəricisindən 6,2% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Ölkəyə idxal olunan mineral gübrələrin ümumi dəyəri $78 milyon 429,9 min (azalma 21,7%) təşkil edib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycana $3 milyon 380,5 min dəyərində (azalma 48,7%) 19 min 900,9 ton (azalma 29,7%) sement və sement klinkeri idxal edilib.
Hesabat dövründə respublikaya $28 milyon 868,3 min dəyərində (azalma 33,7%) 27 min 576,1 ton (azalma 26%) polietilen idxal edilib.
Yanvar-sentyabr ayları ərzində Azərbaycana $175 milyon 476,7 min dəyərində 238,3 min ton metalyayma məhsulu (azalma 6,6%), $83 milyon 464,7 min dəyərində 156,7 min ton qara metaldan hazırlanan çubuqlar (artım 1,8 dəfə), $20 milyon 945,9 min dəyərində 27 min 471 ton qara metaldan hazırlanan günyə (azalma 9,9%), $195 milyon 467,8 min dəyərində 117,8 min ton qara metaldan hazırlanan boru (azalma 16,1%) idxal edilib.**
B.Rüstəmbəyov