Azərbaycanda koronavirus infeksiyasına daha 2 075 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 79 min 158-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər vəfat edib, ölənlərin ümumi sayı 1005 nəfərə çatıb.
Virusa yoluxmuş 56 min 894 nəfər (sutka ərzində +1139) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 21 min 259 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13,213 min, ötən müddət ərzində isə ümumilikdə 1 milyon 536 min 434 test aparılıb.**
X.Nəsirzadə