2020-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda əhalinin sayı 49,184 min nəfər və ya 0,5% artaraq 2020-ci il oktyabrın 1-nə 10 mln. 116,292 min nəfər təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Əhalinin 52,8%-i şəhər, 47,2%-i isə kənd sakinləridir. Əhalinin 49,9%-ni kişilər, 50,1%-ni qadınlar təşkil edir.
Azərbaycanda hər 1000 kişiyə orta hesabla 1002 qadın düşür.
Cari ilin 9 ayı ərzində ölkə üzrə 95,399 min doğulan körpə qeydə alınıb, bu da 2019-cu ilin analoji dövrünün göstəricisindən 8,9% azdır və əhalinin hər 1000 nəfərinə bu göstərici 12,8 təşkil edib. Yeni doğulan oğlanlar 53,3% qızlar – 46,7% təşkil edib. Körpələrin 2,548-i əkiz, 84-ü üçəm, və 4-ü dördəm doğulanlardır.
Bu dövr ərzində 46,995 min ölüm halı qeydə alınıb və əhalinin hər 1 min nəfərinə ölənlərin sayı 6,3 təşkil edib. 2019-cu ilin yanvar-sentyabr aylarında bu göstərici 5,7 olub.
Qeyd olunan dövrdə ölkədə qeydiyyat şöbələri tərəfindən 26,312 min nikah (2019-cu ilin yanvar-sentyabr ayları ylə müqayisədə azalma 43,9%) və 11,089 min boşanma halı (azalma 12,8%) qeydə alınıb.
Bu dövrdə Dövlət Miqrasiya Xidməti və Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycana daimi yaşamaq üçün 1241 nəfər gələn və 461 min nəfər ölkədən gedən qeydə alınıb.**
X.Nəsirzadə