Noyabrın 19-dan etibarən “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları bərpa edir.
“Reyslər hər gün həyata keçiriləcək. Bakıdan uçuş – saat 13:00, Naxçıvandan uçuş – saat 16:10”, - AZAL-ın məlumatında deyilir.
Reyslərə COVID-19 testi üzrə mənfi nəticə barədə arayış təqdim edən sərnişinlər buraxılacaq.
Şirkət xatırladırki, pandemiya dövründə reyslərin sayının məhdud olduğunu və yüksək tələbatı nəzərə alaraq, qeyd edilən istiqamətdə aviabiletlərin satışı ardıcıllıq prinsipi ilə həyata keçirilir.
Növbəyə qeydiyyat iki üsulla həyata keçirilir – əks əlaqə forması üzrə və ya “WhatsApp” vasitəsilə. Bakıdan Naxçıvana reyslər üçün: https://help.azal.az/hc/az/requests/new?ticket_form_id=360000853919 və ya WhatsApp ilə: +99455 204 65 54.
Naxçıvandan Bakıya reyslər üçün: https://help.azal.az/hc/az/requests/new?ticket_form_id=360000886220 və ya WhatsApp ilə: +994 60 487 30 11.
Müraciət zamanı sərnişinlərdən şəxsiyyət vəsiqələrinin skan edilmiş surətlərini və geri əlaqə üçün əlaqə nömrələrini göndərmələri tələb olunacaq. **
N.Abbasova