Çərşənbə günü Moskvada Dağlıq Qarabağda münaqişəyə son qoyan razılaşmanın sual doğuran bəndlərinin müzakirəsi məqsədilə beynəlxalq görüş keçiriləcək. Bu barədə çərşənbə axşamı Fransa XİN başçısı Jan-İv Lö bəyan edib.
“Sabah bu məsələ ilə əlaqədar müxtəlif səfirlərlə görüş keçiriləcək. Bu, atəşin dayandırılmasına aid sual doğuran məqamları aydınlaşdırmaq üçün lazımdır. Belə məqamlar var”, - nazir parlamentdə deputaların sullarına cavabında bildirib.
Lö Drian izah edib ki, Fransanın nöqteryi-nəzərindən qaçqınların taleyi, münaqişə tətrəfləri arasında ərazilənin sərhədlərin çəkilməsi, həmçinin “orada Türkiyənin olması” mübahisəli məsələlər arasındadır. Müzakirəsi planlaşdırılan daha bir məsələ - Qarabağ böhranının həlli üzrə gələcək danışıqların zəruriliyidir.
O, bu tədbirə dair digər detallar barədə məlumat verməyib.
RF XİN çərşənbə gfünü Moskvada ATƏT-in Minsk qrupunun həmsədrləri ilə keçiriləcək görüşü təsdiq ediblər. “Rusiya tərəfindən görüşü xüsusi tapşırıqlar üzrə səfir İqor Popov keçirəcək”, - XİN-dən bildiriblər. **