Azərbaycan prezidenti İlham Əliyev Maya Sandu Moldovanın prezidenti vəzifəsinə seçilməyi münasibətilə təbrik edib.
“İnanıram ki, Azərbaycan-Moldova ənənəvi dostluq və əməkdaşlıq münasibətləri birgə səylərimizlə xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir”, - Azərbaycan prezientinin saytında dərc olunan təbrik məktubunda deyilir.
Əliyev Sanduya möhkəm cansağlığı, xoşbəxtlik, “dost Moldova xalqının rifahı naminə gələcək fəaliyyətinizdə uğurlar” arzulayıb. **
N.Abbasova