RF prezidenti Vladimir Putin Qarabağ ətrafında nəqliyyat və iqtisadi əlaqələrin bloklanmasının aradan qaldırılmasına dair razılığın əldə olunmasının vacibliyini qeyd edib və vurğulayıb ki, bu, münaqişənin gələcəkdə tam həlli üçün baza yaradır.
“Bütün nəqliyyat kommunikasiyalarının blokunun aradan qaldırılması, iqtisadi əlaqələrin bərpasına dair razılığın əldə olunması çox vacibdir. Bu, uzunmüddətli prerspektivə münasibtələrin normallaşması üçün yaxşı baza yaradır”, Putin Rossiya-24 telekanalının efirində bidirib.
Eyni zamanda, o vurğulayıb ki, Qarabağ problemi qalmaqdadır.
“Bəli, bu problem mövcuddur. Qarabağın son statusu həll olunmayıb. Bu ondan xəbər verir ki, bu günə status-kvo qorunur”, - prezident izah edib.
O qeyd edib ki, “Qarabağın, həmçinin Ermənistan tərəfindən tanınmaması hadisələrin gedişatına, onun anlaşılmasına öz izini qoydu”.
Putinin sözlərinə görə, “bundan sonra nə baş verəcəyini gələcəkdə, gələcək rəhbərlər, bu prosesin gələcək iştirakçıları həll etməlidirlər”.
RF prezidenti əlavə edib: “Zənimcə, normal həyat üçün şərait yaradılarsa, Ermənistanla Azərbaycan arasında, xüsusilə münaqişə zonasında münasibətlərin bərpası məqsədilə, o zaman bu Qarabağın statusunun müəyyən edilməsi üçün şərait yaradacaq”. **